Qusarda üçəm doğulub22-02-2019, 14:24
Çap et Bu gün səhər Qusar Rayon Mərkəzi Xəstəxanasında üçəm doğulub.Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, körpələr bu gün səhər saatlarında dünyaya gəliblər. Qubanın 1-ci Nügədi kənd sakini, 36 yaşlı İlahə Həsənşah qızı Mirzəyevanın dünyaya gətirdiyi oğlan uşaqların çəkisi 2 kq 800, 2 kq 700 və 1 kq 800 qramdır. Bu, İ.Mirzəyevanın ikinci doğuşudur. Qadın birinci dəfə evliliyindən 7 il sonra bir qız uşağı dünyaya gətirib. 2,5 il fasilədən sonra o, yenidən həkimə müraciət edib və müalicələrdən sonra hamilə qalıb. Körpələrin və ananın vəziyyəti normaldır. Xəstəxananın baş həkimi Mübariz Zeynalovun sözlərinə görə, bu son 3 ildə doğulan ikinci üçəmdir. Sonuncu dəfə üçəmlər 2017-ci ilin dekabrında hərbçi ailəsində dünyaya gəlib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bu gün səhər Qusar Rayon Mərkəzi Xəstəxanasında üçəm doğulub.