Heqiqet.Az » maraqli » Qadınların ölüm səbəbi açıqlanıb – Bizim üçün də vacibdir


Qadınların ölüm səbəbi açıqlanıb – Bizim üçün də vacibdir

1-03-2019, 10:18
Çap et
Qadınların ölüm səbəbi açıqlanıb – Bizim üçün də vacibdir 2017-ci ildə yeni əmələ gələn şişlərə görə 16-54 yaşlı 19,6 min qadın ölüb
Rusiyalı qadınların əsas ölüm səbəbi açıqlanıb.
Bədxassəli və xoşxassəli şişlər rusiyalı qadınların əsas ölüm səbəbi kimi göstərilib. Bu barədə Rusiya Statistika Komitəsi məlumat yayıb.
2017-ci ildə yeni əmələ gələn şişlərə görə 16-54 yaşlı 19,6 min qadın ölüb. Qadınların ölümünün ikinci əsas səbəbi isə qan dövranı xəstəlikləridir. Bu xəstəliklərdən 18,9 min qadın ölüb. Qadın ölümündə üçüncü səbəb isə bədbəxt hadisələr, qəzalar və zorakılıq göstərilib. Bu səbəblərdən ötən il 15,8 min rusiyalı qadın ölüb.
9,2 min qadın həzm orqanları xəstəliklərindən, 8,1 min qadın infeksion və parazitar xəstəliklərdən ölüb.
2017-ci ildə ümumilikdə 82,6 min qadın əmək qabiliyyəti yaşında dünyasını dəyişib.
Reytinq: