Demo Sayt » sosial » Azərbaycanda yaşı 50-dən çox olan kişilərin sayı qadınlarla müqayisədə daha azdır


Azərbaycanda yaşı 50-dən çox olan kişilərin sayı qadınlarla müqayisədə daha azdır

1-06-2018, 11:11
Çap et
Azərbaycanda yaşı 50-dən çox olan kişilərin sayı qadınlarla müqayisədə daha azdır Azərbaycanda hər 1000 nəfər kişiyə düşən qadınların sayı azalıb.
Bu il ölkədə hər 1000 nəfər kişiyə 1004 nəfər qadın düşür. Bu rəqəm 2017-cı ildə 1006, 2016-ci ildə 1007 olub.
Əhalinin yaş qrupları üzrə müqayisə edildikdə görmək olar ki, hər 1000 nəfər kişiyə düşən ən az qadın sayı 5-9 yaşlılar arasında müşahidə edilir. Son məlumatlara görə, ölkədə 0-4 yaşlı hər 1000 nəfər oğlan uşağına 875, 5-9 yaşlı oğlan uşağına 860, 10-14 yaşlı oğlan uşağına 876 qız uşağı düşür.
Ölkədə 1000 nəfər kişiyə düşən qadınların sayının kişilərin sayını üstələməsi yaşı 30-dan çox olan əhali arasında müşahidə edilir.
Azərbaycanda 30-34 yaşlı 1000 nəfər kişiyə 1030 qadın, 35-39 yaşlı 1000 kişiyə 1012, 40-44 yaşlı 1000 nəfər kişiyə 1042, 45-49 yaşlı 1000 nəfər kişiyə 1090 qadın düşür.
Qadınlar və kişilərın sayı arasındakı daha böyük fərq yaşı 50-dən çox olan əhali arasında müşahidə edilir. Yaşı 50-dən çox olan kişilərin sayı qadınlarla müqayisədə daha azdır.
Belə ki, 50-54 yaşlı hər 1000 nəfər kişiyə 1117 nəfər, 55-59 yaşlı hər 1000 nəfər kişiyə 1107, 60-64 yaşlı hər 1000 nəfər kişiyə 1148 qadın düşür.
Yaşı 65-dən çox olan kişilərin sayının bir qədər də azalması onlara düşən qadınların sayının daha da çoxalmasına səbəb olub. Ölkədə 65-69 yaşlı hər nəfər kişiyə 1230 qadın düşür.
Reytinq: