Heqiqet.Az » siyaset » Bakıda NATO-nun təlim kursu keçirilib


Bakıda NATO-nun təlim kursu keçirilib

11-03-2019, 12:47
Çap et
Bakıda NATO-nun təlim kursu keçirilib Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “NATO-da təlimlərin əməliyyat səviyyəsində planlaşdırılması prosesi” mövzusunda təlim kursu keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat veriib.
Kursun iştirakçılarına NATO-nun strukturu, hərbi tərəfdaşlıq və təlim prosesi barədə məlumat verilib.
Reytinq: