Kamil Zeynallı apellyasiya şikayəti verib13-03-2019, 11:03
Çap et Bu barədə onun vəkili Aygül Rəfiyeva məlumat verib. Onun sözlərinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarından narazı qaldıqları üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib: "Biz hesab edirik ki, birinci instansiya məhkəməsi düzgün qərar çıxarmayıb. Müvəkkilimin azadlığa buraxılmasını istəyirik". Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq. Xatırladaq ki, qərara əsasən, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib. Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar. K.Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur. Nərimanov Rayon Məhkəməsi ona 10 sutkalıq həbs verib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
