Heqiqet.Az » siyaset » Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısına HAZIRLIQ


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısına HAZIRLIQ

14-03-2019, 11:53
Çap et
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısına HAZIRLIQ Qazaxıstan Parlamenti Məclisinin (aşağı palata) sədri Nurlan Niqmatulin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevlə görüşüb.
Görüşdə Şuranın baş katibi təşkilatın fəaliyyəti və onun genişləndirilməsi məsələlərindən danışıb.
Nurlan Niqmatulin və Bağdad Amreyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin türk əməkdaşlıq institutlarının struktur islahatları ilə bağlı təşəbbüslərinin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər.
Görüşdə, həmçinin bu ilin payızında Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə toplantısına hazırlıq məsələləri müzakirə edilib.
Reytinq: