Heqiqet.Az » dunya » Sabiq prezident barəsində HƏBS QƏRARI


Sabiq prezident barəsində HƏBS QƏRARI

28-03-2019, 10:16
Çap et
Sabiq prezident barəsində HƏBS QƏRARI Argentina məhkəməsi ölkənin sabiq prezidenti Karlos Menemin 45 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.
K.Menem əmlakın dəyərindən aşağı qiymətə satılması yolu ilə vəsaitin mənimsənilməsində ittiham olunub.
88 yaşlı sabiq prezidentə, həmçinin dövlət vəzifələrindən birinə təyin olunması ilə bağlı ömürlük qadağa da tətbiq olunub. Onunla birgə sabiq iqtisadiyyat naziri Dominqo Kavalyo da 3,5 il müdddətinə azadlıqdan məhrum edilib.
Elan olunmuş ittiham Menemin 1991-ci ildə üzləşdiyi qalmaqalla bağlıdır. Həmin vaxt o, ölkənin aparıcı kənd təsərrüfatı cəmiyyətlərindən birini dəyərindən qat-qat aşağı qiymətə satmışdı.
Reytinq: