Heqiqet.Az » medeniyyet » Cəlilabadda V-VIII əsrlərə aid döyüş baltası tapıldı


Cəlilabadda V-VIII əsrlərə aid döyüş baltası tapıldı

29-03-2019, 10:27
Çap et
Cəlilabadda V-VIII əsrlərə aid döyüş baltası tapıldı Cəlilabadda kənd sakinləri maddi-mədəniyyət nümunələri aşkar ediblər.
Rayonun Şatırlı kəndində təsərrüfat işləri görərkən maddi mədəniyyət nümunələri aşkarlanıb.
Əksəriyyəti daşdan hazırlanmış əşyalardan birinin üzərində xüsusi damğa var. Tarixçilərin sözlərinə görə, bu, insan mənasını ifadə edir. Tarixi mənbələrdə bu tip nümunələrə Altay və Şərqi Anadolu ərazilərində də rast gəlinir. Əşyaların üzərindəki nişanələr qədim zamanlarda burada yaşayan yerli tayfaların türklər olduğunu deməyə əsas verir.
Tapıntılar arasında ən diqqət çəkən isə V-VIII əsrlərə aid edilən və dəmirdən olan döyüş baltasıdır. Bu vaxtadək Cəlilabad rayonunda dəmirdən müxtəlif tip alətlər tapılsa da, döyüş baltasına ilk dəfədir rast gəlinir. Aşkar olunmuş tarixi nümunələr Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.
Reytinq: