İlham Əliyev və Vladimir Putin Vyana görüşünü müzakirə ediblər2-04-2019, 18:03
Çap et Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyev telefon danışığı zamanı rusiyalı həmkarı Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyanla martın 29-da Vyanada baş tutan görüş barədə fikirlərini bölüşüb. V. Putin Bakı ilə Yerevan arasında danışıqlar prosesinin aktivləşməsinin vacibliyini qeyd edib. O, Rusiyanın xüsusilə ATƏT-in Minsk qrupu formatı çərçivəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yollarının axtarıb tapılmasına bundan sonra da yardım etməyə hazır olduğunu söyləyib. Dövlət başçıları gündəmdə duran ikitərəfli məsələlərin müzakirəsi zamanı müxtəlif sahələrdə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilməsindən məmnun olduqlarını bildiriblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
