Demə4-04-2019, 15:05
Çap et Arif Musa, şair Demə İllər keçir, yaşım üstə yaş gəlir, Qadan alım, yeddi dəfə on demə. Xatirəli günlərimiz öndədir, Keçən günə, ötən çağa son demə. Mən ömrümün son anına çatınca Həyat eşqim sönən deyil, bilirəm. Bundan sonra nura dönsə həyatım, Ötən günlər dönən deyil, bilirəm. Möcüzədi, sirdi, deyə bilmərəm, Bu keçdiyim yollar məni yormadı. Arzularım ürəyimdə qalsa da, Ümidimin çiçəkləri solmadı. Soyuq baxışların sevən qəlbimin Odunu söndürüb, buz edə bilməz. Həsrətin sınağa çəksə də məni, Bu sevgi qəlbimdən, bil, gedə bilməz. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
