Heqiqet.Az » iqtisadiyyat » "Avtovağzal" stansiyasını “Xocasən” deposu ilə birləşdirən ikinci tunelin qazıntısı başa çatdırılacaq


"Avtovağzal" stansiyasını “Xocasən” deposu ilə birləşdirən ikinci tunelin qazıntısı başa çatdırılacaq

15-04-2019, 10:29
Çap et
"Avtovağzal" stansiyasını “Xocasən” deposu ilə birləşdirən ikinci tunelin qazıntısı başa çatdırılacaq Yaxın aylarda "Avtovağzal" stansiyasını "Xocasən” deposu ilə birləşdirən ikinci tunelin qazıntısı başa çatdırılacaq
"Bakı Metropoliteni” QSC-nin Bənövşəyi xəttində qatarların radiodalğalarla (CBTC) və infrastrukturun SCADA sistemləri ilə idarə olunması istiqamətində işlər aparılır.
QSC-dən verilən məlumata görə, Fransanın "Thales" şirkəti ilə bağlanmış müqaviləyə əsasən, birinci mərhələdə müasir rabitə sisteminin, işarəvermə sahəsində isə mikroprosessor idarəetməsinin qurulması kimi əhəmiyyətli işlər yerinə yetirilib. Hazırda "Avtovağzal-Memar Əcəmi” yol mənzili layihə üzrə nəzərdə tutulmuş bütöv sistemin bir hissəsi olan yolayırıcılarla, svetoforlarla və CBTC-nin tərkib hissəsini təşkil edən mikroprosessor mərkəzləşməsi sistemi ilə tam həcmdə idarə olunur.
Bu müqavilə Bənövşəyi xəttin idarəetmə sistemlərini həyata keçirən yeni tipli vahid dispetçer mərkəzinin qurulmasını nəzərdə tutur. Layihə həmçinin vahid mərkəzdən idarə olunan böhran mərkəzinin daha səmərəli, daha çevik formasını tətbiq etməyə də imkan verəcək.
Gələcəkdə metropolitenin əsas idarəetmə sisteminin cəmləşəcəyi bu mərkəz digər xətlərin də dispetçer mərkəzlərinə rəhbərlik etməyə imkan verəcək. Yaşıl və Qırmızı xətlərin yeni idarəetmə sistemlərinə keçirilməsi istiqamətində də ən mühüm addımlar 2019-cu il ərzində atılacaq və işlərə "Nərimanov" elektrik deposunda «ox sayğacı» sistemi üzərində işarəvermənin ən yeni sisteminin tətbiqi ilə başlanılıb.
İmzalanmış digər sənəd Bənövşəyi xəttin "Xocasən” deposunun infrastrukturunun qurulması baxımından əhəmiyyət kəsb edir. Bənövşəyi xəttin Ceyhun Səlimov küçəsində yerləşən 3-cü stansiyası ilə yanaşı, Xocasəndə inşa olunan deponun bir hissəsi istifadəyə verilməlidir. Həmin mərhələdən başlamaqla, deponun idarəetmə sistemləri xətt üzrə qurulmaqda olan vahid layihəyə tam uyğun olmalıdır.
Yaxın aylarda "Avtovağzal" stansiyasını "Xocasən” deposu ilə birləşdirən ikinci tunelin də qazıntısı başa çatdırılacaq və infrastrukturun qurulması istiqamətində işlər sürətləndiriləcək.
Reytinq: