Azərbaycanda narkotik maddələrdən zəhərlənmələr daha çox iynə ilə bədənə yeridilən heroindən olub2-05-2019, 10:55
Çap et Bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib. Onun sözlərinə görə, zəhərlənməyə narkotik maddələrin dozadan artıq qəbul edilməsi səbəb olur. İ.Əfəndiyev qeyd edib ki, Azərbaycanda narkotik vasitələrdən zəhərlənmə halları azalıb. 2017-ci ildə 56, 2018-ci ildə 52 nəfər narkotik vasitələrdən zəhərlənib. 2017-ci ildə bütün zəhərlənmələrin (2016 hal) 2,8 faizi, 2018-ci ildə isə 2,4 faizi (2169 hal) narkotik vasitələrdən zəhərlənmə hallarının payına düşüb: “Bunlar narkotik vasitələrdən asılı şəxslər olublar. Dozanı artırdıqları üçün zəhərlənməyə məruz qalıblar”. İ.Əfəndiyev deyib ki, zəhərlənmələr daha çox cavan və orta yaşlı kişilər arasında baş verir. Qeyd edək ki, Azərbaycanda 2018-ci ildə rəsmi qeydiyyata alınan narkotik istifadəçilərinin sayı 31 432 nəfər olub. Narkotik istifadəçilərinin 26 346 nəfəri dispanser, 50 86 nəfəri profilaktik qeydiyyatdadır. Ümumilikdə, istifadəçilər arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər. Azərbaycanda narkotik istifadəçiləri daha çox opiat qrupuna daxil olan narkotiklərdən - tiryək, heroin və kokosdan istifadə edirlər. ![]() Ağaverdiyev Nadir Əli-İkram Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

