Heqiqet.Az » hadise » Sumqayıtda 2 azyaşlını vurub öldürən sürücüyə 9 il cəza verildi


Sumqayıtda 2 azyaşlını vurub öldürən sürücüyə 9 il cəza verildi

6-05-2019, 13:16
Çap et
Sumqayıtda 2 azyaşlını vurub öldürən sürücüyə 9 il cəza verildi Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümündə təqsirləndirilən sürücü Fəxrəddin Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə F. Bəşirov 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il oktyabrın 2-si saat 10:00 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Reytinq: