Heqiqet.Az » hadise » Bakıda təkər təmiri sexində baş verən partlayışla bağlı cinayət işi başlandı


Bakıda təkər təmiri sexində baş verən partlayışla bağlı cinayət işi başlandı

10-05-2019, 11:02
Çap et
Bakıda təkər təmiri sexində baş verən partlayışla bağlı cinayət işi başlandı Təkər təmiri sexində baş verən ölümlə bağlı cinayət işi açılıb.
Nərimanov rayonunda yerləşən “Ruzigar” kiçik müəssisəsinə məxsus yük avtomobillərinin təmiri qarajında işləyən, 1971-ci il təvəllüdlü Novruzbəyov Gülbala Siracəddin oğlu qarajda yük avtomobilinin təkərini təmir edərkən təkərin qəflətən partlaması nəticəsində ağır xəsarətlər alaraq hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Reytinq: