“AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI16-05-2019, 15:58
Çap et 12 yaşa qədər uşaqlar üçün 20 may 2019-cu il saat 16:00-da və 12-17 yaş arası uşaqlar üçün 21 may 2019-cu il saat 16:00-da baş tutacaq. Müsabiqəyə hər iki yaş kateqoriyası üzrə ümumilikdə 1065 uşaq əsər göndərmiş və ilkin seçimdə 12 yaşa qədər uşaqların 160 əsəri, 12-17 yaş arası uşaqların 170 əsəri sərgilənəcək. O cümlədən, “YURDUMUZA BAHAR GƏLİR” uşaq rəsm müsabiqəsindən seçilmiş hər yaş kateqoriyasından 10 əsər, həmçinin “MƏNİM ŞAMAXIM” müsabiqəsindən seçilmiş 33 əsər nümayiş olunmaq üçün dəvət olunmuşdur. Müsabiqədə Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, 4 Nömrəli UİM, Vəfa Art Studiya, 1Nömrəli UGİM, Sumqayıt Ə.Bakıxanov adına UİM, 108 nömrəli tam orta məktəb, Yeni Nəsil Tədris Mərkəzi, Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbi, 1 saylı UİM, Şamaxı Şəhər Uşaq Rəssamlıq Məktəbi, Rəngli Duyğular Rəsm Studiyası, Şəki Şəhər Uşaq Rəssamlıq Məktəbi, Respublika UİM, Bilik Yolu Tədris Mərkəzi və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər. Sərgilənən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq həmçinin müxtəlif təşkilatların nominasiyalar üzrə mükafatları olacaq. 1. Həmrəyliyə çağırış – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 2. Məktəb həyatı – Azərbaycan Respublikası Təhsil Nazirliyi 3. Dostluq mövzusu – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 4. Maraqlı ideya – Azərbaycan Dövlət Rəsm Qalereyası 5. Vətənin tərənnümü – Xətai Rayon İcra Hakimiyyəti 6. Mövzu seçimi – Azərbaycan Rəssamlar İttifaqı 7. Rəng həlli – Xətai Sənət Mərkəzi 8. Vətənpərvərlik mövzusu – Naxçıvan MR Bakıdakı Nümayəndəliyi 9. Təbiət mövzusu – Az Tv 10. "Nəsimi İli"nə töhfə – Lider TV 11. Qəhrəmanlıq mövzusu – Yeni Gallery 12. Ən yaxşı kompozisiya həlli – Bakı gallery 13. Obraz təsviri –Sənətşünaslar birliyi 14. Ən yaxşı işıq və kölgə həlli – İncəsənət Kolleci 15. Əsərə çəkilmiş illüstrasiya – Şərq-Qərb Nəşriyyat Evi Festival üçün hər yaş qrupu üzrə 15 əsər olmaqla ümumilikdə 30 əsər seçilərək və həmin əsərlərin müəllifləri festivala dəvət olunacaq və qaliblər mükafatlandırılacaq. Mükafatlandırma fondu: I yer – stol molbert və yağlı boya dəsti II yer – molbert və akril dəsti III yer – planşetli molbert və sulu boya dəsti Həvəsləndirici mükafat 10 nəfər – yağlı boya dəsti • Festivalın gündəliyi: 10.00 – Canlı şəkil çəkmək 11:30 – Furşet 12:00 – Muzeyə getmək 14:00 – Günorta yeməyi 15:30 –Musiqili Mükafatlandırma mərasimi və festivalın bağlanışı • Bağlanış Xətai Sənət Mərkəzində keçiriləcək və festival iştirakçıları əlavə diplomla təltif olunacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
