» » David Zalkaliani: Heç kim “Keşikçidağ” məsələsini səhv şərh etməsin


David Zalkaliani: Heç kim “Keşikçidağ” məsələsini səhv şərh etməsin

27-05-2019, 20:13
Çap et
David Zalkaliani: Heç kim “Keşikçidağ” məsələsini səhv şərh etməsin "Keşikçidağ” (David Qareci) məbəd-kompleksi ilə bağlı biz konkret olaraq bildirmişik ki, sərhədlərin delimitasiyası üzrə komissiya işini başa çatdırana qədər heç kim başqa bəyanatlar səsləndirməsin, məsələni səhv şərh etməsin.
Bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani söyləyib.
Nazir deyib: "Komissiyanın işinin bərpası çox vacib məsələdir. Uzun müddət idi bu komissiya işlərmidi. Amma artıq komissiya işini bərpa edib və ilk görüş keçirilib. İndi biz görüşün ikinci raunduna hazırlaşırıq. Komissiyanın əhəmiyyəti və məqsədi ondan ibarətdir ki, həmin ərazidə baş verən proseslərə dərhal, obyekktiv reaksiya versin. Məhz komissiyanın qərarı ilə məbəd kompleksi ətrafında aparılan işlər dayandırılıb.
Biz çox qəti və konkret məslə qoymuşuq. Komissiya işini başa çatdırana qədər heç kim məsələni şərh etməsin və proseslərə təsir göstərməyə cəhd göstərməsin.
Reytinq: