Heqiqet.Az » hadise » Bakıda ağır qəza - dəmir maneə avtomobilin salonuna girdi


Bakıda ağır qəza - dəmir maneə avtomobilin salonuna girdi

4-06-2019, 11:21
Çap et
Bakıda ağır qəza - dəmir maneə avtomobilin salonuna girdi Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Xətai rayonu Zığ şosesində qeydə alınıb. Şəhər istiqamətindən üzü Hövsan qəsəbəsi ilə hərəkətdə olan "Renault Megane" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı dəmir maneəyə çırpılıb.
Nəticədə dəmir avtomobilin ön şüşəsindən salona girərək, arxa şüşədən çıxıb. Şahidlərin bildirdiyinə görə, qəza zamanı avtomobildə sürücü tək olub, o da ciddi xəsarətlər almayıb.
Qəzanın səbəbləri araşdırılır.
Reytinq: