Heqiqet.Az » tehsil » ERASMUS+EQAC layihəsi çəriçivəsində SDU əməkdaşları Alikante Universitetində təlimlərdə iştirak edirlər


ERASMUS+EQAC layihəsi çəriçivəsində SDU əməkdaşları Alikante Universitetində təlimlərdə iştirak edirlər

7-06-2019, 18:20
Çap et
ERASMUS+EQAC  layihəsi çəriçivəsində  SDU əməkdaşları Alikante Universitetində təlimlərdə iştirak edirlər İyunun 3-dən 7-dək universitetimizin əməkdaşları Avropa Kommissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC “Azərbaycan universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çəriçivəsində Alikante Universitetində təlimlərdə iştirak edirlər. Təlimdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, 11 Azərbaycan tərəfdaş universitetləri və 4 Avropa tərəfdaş universitetlərin nümayəndələri təmsil olunurlar. Təlim moderatorları Middlesex Universitetinin (İngiltərə) alimləri George Douflas, Sue Bayley, Ruth Carter, Alikante Universitetinin (İspaniya) alimləri Denise Galvin və Gillermo Bernabeu, Royal Texnologiya Universitetinin alimi Viktor Kordas tərəfindən aparılırdı.
Təlim universitetlərin Avropa Standatrlarına uyğun SWOT təhlinin aparılması, tədris proqramlarının yazılması, İspaniyanın Milli Keyfiyyət təminatı sistemi və təcrübəsi, effektiv qiymətləndirmə, universitetlərin əsas fəaliyyət indiqatorları (göstəriciləri), innovativ tədris-təlim və akreditasiya mövzularına həsr edilmişdir. Təlimlər qrup işi, müzakirə və təqdimatlarla aparılır. Təlimin sonuncu günü universitet kampusuna ziyarət nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti tərəfindən təlimlərdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı dosent Aynura Yəhyayeva, Proseslərin Avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova və Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının laborantı Nihad Hüseynov iştirak edirlə
Reytinq: