Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim6-06-2017, 12:35
Çap et Təhsil Nazirliyindən bildiriblər ki, təlimin əsas məqsədi məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, pedaqoji heyətin işinin təkmilləşdirilməsi, texniki yaradıcılıq sahəsində fəaliyyət göstərən dərnəklərin müasir tələblərə uyğunlaşdırılmasıdır. Təlimdə texnikiyönümlü dərnəklərlə yanaşı, uşaqların erkən yaş qrupları üzrə intellektual klubların dərnək rəhbərləri də iştirak ediblər. Təlimin mövzusu “CodeClub” proqramı (codeclub.org) üzrə “Scratch” proqramlaşdırma dilinin öyrədilməsi olub. Massaçusets Texnologiya Universiteti tərəfindən tərtib olunmuş “Scratch” proqramlaşdırma dili 8-16 yaşlı uşaqlarda yaradıcı, sistematik düşüncəni və komanda işi bacarıqlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub. Eyni zamanda, proqram dərnək rəhbərlərinə tədris zamanı əlavə resurslardan istifadə imkanlarının genişləndirilməsinə xidmət göstərir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
