Heqiqet.Az » hadise » Mingəçevirdə elektrik naqillərini oğurlayan şəxs saxlanılıb


Mingəçevirdə elektrik naqillərini oğurlayan şəxs saxlanılıb

10-06-2019, 13:14
Çap et
Mingəçevirdə elektrik naqillərini oğurlayan şəxs saxlanılıb İyunun 9-da Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini ona məxsus həyət evindən naməlum şəxs və ya şəxslər tərəfindən elektrik naqillərinin oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında ŞPŞ-nin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
“İsti izlər”lə keçirilmiş tədbirlərlə oğurluğu edən şəxsin 22 yaşlı şəhər sakini Bəhruz Səmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Faktla bağlı ŞPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Reytinq: