Heqiqet.Az » idman » Karateçilərimiz Şanxayda Karate1 Premyer Liqa turnirində 2 medal qazanıblar


Karateçilərimiz Şanxayda Karate1 Premyer Liqa turnirində 2 medal qazanıblar

10-06-2019, 13:34
Çap et
Karateçilərimiz Şanxayda Karate1 Premyer Liqa turnirində 2 medal qazanıblar Karateçilərimiz Çinin Şanxay şəhərində Karate1 Premyer Liqa turnirində 2 medal qazanıblar.
Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, Firdovsi Fərzəliyev (-60 kq) və Pənah Abdullayev (-84 kq) mötəbər turnirdə 3-cü yeri tutmaqla, müxtəlif reytinq cədvəllərində mövqelərini də möhkəmlədiblər. Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarından olan Karate1 Premyer Liqası mövsümünün 4-cü mərhələsində 76 ölkədən 543 idmançı iştirak edib.
Yarışdan əvvəl müxtəlif ölkələrdə təlim-məşqlərə qatılan milli komandanın üzvləri 11 iyunda Bakıya dönüb 2-ci Avropa Oyunlarına hazırlıqları davam etdirəcəklər.
Reytinq: