Heqiqet.Az » dunya » Şimali Koreya tərəfindən buraxılan raketlər Yaponiyaya məxsus iqtisadi zonaya çatmayıb


Şimali Koreya tərəfindən buraxılan raketlər Yaponiyaya məxsus iqtisadi zonaya çatmayıb

16-08-2019, 13:24
Çap et
Şimali Koreya tərəfindən buraxılan raketlər Yaponiyaya məxsus iqtisadi zonaya çatmayıb Avqustun 16-da səhər saatlarında Şimali Koreya tərəfindən buraxılan raketlər Yaponiyanın iqtisadi zonasına çatmayıb.
Bu barədə Kyodo agentliyi Yaponiya hökumətinə istinadla məlumat yayıb.
Cənubi Koreya hərbçiləri bəyan ediblər ki, cümə günü səhər saatlarında Şimali Koreya Kanvondo əyalətindən Yapon dənizi istiqamətində iki naməlum raket buraxıb.
Yaponiya hökumətindəki rəsmi mənbələrdən sitat gətirən agentlik yazır: "Raketlərin Yaponiya ərazisinə və ya məxsusi iqtisadi zonaya çatmadığı təsdiq edilib. Hazırda Yaponiyanın təhlükəsizliyinə heç bir birbaşa təhdid yoxdur”.
Reytinq: