Cəbəllütariq ABŞ-ın İran tankerinin saxlanılması barədə xahişini rədd edib18-08-2019, 21:02
Çap et Cəbəllütariq hökuməti Avropa İttifaqı qanunvericiliyinə əsasən artıq tankerin saxlanılması üçün əsas olmadığını bəyan edib. Qeyd edək ki, avqustun 15-də Cəbəllütariq Ali Məhkəməsi "Grace-1 " neft tankerinin azad olunması haqqında qərar çıxarıb. Xatırladaq ki, iyulun 4-də İran bayrağı altında üzən "Grace-1” neft tankeri Britaniya dəniz qüvvələrinin dəstəyi ilə Cəbəllütariq hökuməti tərəfindən saxlanılıb. Cəbəllütariq hökuməti İrana məxsus tankerin Avropa İttifaqının Bəşər Əsəd hökumətinə qarşı tətbiq etdiyi sanksiyaları pozaraq Suriyaya neft apardığını bəyan edib. İyulun 19-da isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın "Stena impero" adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
