Heqiqet.Az » iqtisadiyyat » Elektron ticarətin qaydaları - Proses 4 mərhələdən ibarətdir


Elektron ticarətin qaydaları - Proses 4 mərhələdən ibarətdir

19-08-2019, 09:53
Çap et
Elektron ticarətin qaydaları - Proses 4 mərhələdən ibarətdir Dünyada onlayn biznes sürətlə genişlənir. artıq elektron ticarət beynəlxalq ticarətin tərkib hissəsidir. Ancaq internet aləmində sərhədsiz olan bu əməliyyatlar hər bir ölkənin qanunvericiliyinə uyğunlaşdırılmalıdır. Elə Azərbaycanda da elektron ticarətlə məşğul olmaq istəyən şəxslər müxtəlif prosedurlardan keçməlidirlər. Bunlardan ilki vergi orqanında qeydiyyata alınmaqdır.
İkinci mərhələ isə elektron ticarətlə məşğul olan sahibkarların dövriyyəyə uyğun olaraq nə qədər vergi ödəməli olduğudur.
İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, bu, vətəndaşın illik ticarət dövriyyəsinin həcmindən asılıdır.
Üçüncü mərhələ isə elektron yolla gəlir əldə etmək üçün məhsul və xidmət alan sahibkarlara aiddir. Bu cür fəaliyyət göstərən sahibkarlar gəlirin 20 faizini ödəməlidir.
Ən son mərhələ isə vergi hesabatlarının təqdim olunmasıdır.
Qeyd edək ki, nağdsız ödənişlərə hər ölkədə olduğu kimi Azərbaycanda da dövlət dəstəyi mövcuddur. Elektron ticarət də nağdsız ödənişin bir növüdür. Nağdsız dövriyyə vergilərin gizlədilməsinin qarşısını aldığına və şəffaflığa xidmət etdiyinə görə dövlət qurumları da elektron ticarətlə məşğul olan şəxslər üçün bir sıra güzəştlər tətbiq edirlər.
Reytinq: