"PwC": Elektron ticarət zamanı ƏDV-nin hesablanması banklar üçün problem yaradacaq10-01-2017, 15:03
Çap et Onun sözlərinə görə, bütün ölkələr öz vergi qanunvericiliyini müasir dünyanın dəyişikliklərinə uyğunlaşdırmağa çalışır: "Qeyd etmək istərdim ki, vergi qanunvericiliyi və qanunvericiliyin tətbiqi fərqli mövzulardır. Əsas diqqət məhz vergi qanunvericiliyinin tətbiqinə yönəlməlidir. Bu baxımdan Azərbaycanda vergi sahəsində edilən dəyişikliklər ölkənin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əhəmiyyətlidir. Azərbaycan çalışır ki, vergi gəlirləri böhrandan əvvəlki səviyyəyə qalxsın. Transfert qiymətləri, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi qaydaları və "vergi amnistiyası" daha şəffaf və korporativ vergi mühitinin yaradılması istiqamətində atılan əhəmiyyətli addım ola bilər". Şirkətin vergi məsələləri üzrə direktoru Arif Quliyev isə bildirib ki, Vergi Məcəlləsində dəyişikliyin olmasına baxmayaraq, bəzi maddələr bir-birinə uyğunlaşmır: "Hələ də bəzi açıq problemlər var. Biz öz müştərilərimizlə, yəni biznes nümayəndələri ilə görüşmüşük. Onlara da bildirdik ki, əsas problem işləyərkən üzə çıxır. Buna görə də təklif etmişik ki, hər hansı problemlə üzləşərkən, bu problemləri bizə təqdim etsinlər. Digər bir problem elektron ticarət sahəsindədir. Elektron ticarət zamanı əlavə dəyər vergisinin (ƏDV) hesablanması bank və kredit təşkilatları üçün problem yaradacaq. Çünki vergi mala görə yox, xidmətə görə hesablanmalıdır. Bunun üçün isə banklar xidmət sahəsini müəyyənləşdirmək üçün sistem yaratmalıdırlar". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:38
Müstəqilliyimiz əbədidir21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
