1500 illik sirli lövhədə Azərbaycan izi: 70 illik araşdırma müəmmanı çözdü11-10-2019, 11:51
Çap et Verona Universitetinin italiyalı tarixçisi Atilliyu Mastrokin lövhə üzərindəki yazını əks etdirmə texnikası ilə tərcümə edə bildiklərini açıqlayıb. Lövhəni oxumağı bacaran mütəxəssislər bunun 110 cümlədən ibarət qarğış olduğunu ortaya çıxarıb. Lövhədə kişi sənətçi və idmançı olduğu bildirilən Manna lənətlənir, ona zərər verməsi üçün tanrılara çağırış edilir. Lövhədə "Ayaqlarını bağla, Mannanın rəqsinə əngəl ol”, "Gözlərini, əllərini, ayaqlarını bağla ki, teatrda rəqs edə bilməsin” kimi sözlər yer alıb. Qədim dillərdən biri ilə yazılmış yazı Mannanın belinin bükülməsini, tənbəlləşməsini, zəifləməsini, müvazinətini itirməsi kimi qarğışlarla davam edir. Qarğışda qədim Misirin müdriklik tanrısı Tot da daxil olmaqla, bir çox tanrıya müraciət edilir. Habelə göylərdəki, yerdəki və dənizlərdəki şeytanlar da köməyə çağırılır. Lövhənin aid olduğu dönəmdə bölgə Bizans imperiyasının əsarəti altında idi. Bu səbəbdən də Mastrokin Manna və bu yazını yazan şəxsin bir-birinə düşmən olan tərəflərdə yer ala biləcəyini ehtimal edir. Əlavə edək ki, Manna adının qədim Azərbaycanla bağlılığı var. Bu, e.ə IX-VI əsrlərdə Azərbaycan ərazilərində mövcud olmuş Manna dövləti ilə əlaqədardır. Qədim türk xalqlarının tarixində ilk dövlət olan Manna, eyni zamanda ilk mərkəzləşdirilmiş Azərbaycan dövləti idi. Tarixçilər bu adın mənşəcə yerli olduğunu bildirirlər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
