Çoxsaylı boşanmalar uşaqların zorakılığa məruz qalmasının əsas səbəblərindəndir - Ombudsman21-11-2019, 07:14
Çap et Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Azərbaycanda uşaqlara qarşı zorakılıq hallarının olduğunu qeyd edən ombudsman bunun səbəblərini də açıqlayıb. E.Süleymanova əlavə edib ki, bu səbəblər qaçqın ailələrində valideyn himayəsinin daha zəif olması, erkən nikahlar, məişət zorakılığıdır: "Məişət zorakılığı bütün dünyada olduğu kimi Azərbaycanda da müşahidə olunur. İnternetdə verilən faktlar, uşaqlara qarşı zorakılığın jurnalistlər tərəfindən ifrat dərəcədə çox təqdim edilməsi şübhəsiz ki, bu halların artmasına təsir göstərir". Ombudsman uşaqların zorakılığa məruz qalmasını psixoloji travma hesab edib. Onun sözlərinə görə, belə hallar uşaqların fiziki, əqli inkişafına mənfi təsir göstərir. Onlarda güclü psixoloji streslər yaradır: "Eyni zamanda bəzən qadınlar erkən yaşlarda uşaq dünyaya gətirirlər. Çox az sayda olsa da, belə hallar Azərbaycanda da müşahidə olunur. Belə uşaqlar fiziki və ya əqli qüsurlu olur. Bunlar hamısı uşaqlara mənfi təsirini göstərir". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
