» » 39 cəsədin aşkarlandığı yük avtomobilinin sürücüsünün məhkəməsi keçirilib


39 cəsədin aşkarlandığı yük avtomobilinin sürücüsünün məhkəməsi keçirilib

26-11-2019, 09:00
Çap et
39 cəsədin aşkarlandığı yük avtomobilinin sürücüsünün məhkəməsi keçirilib Böyük Britaniyanın Esseks qraflığında 39 cəsədin aşkarlandığı yük avtomobilinin sürücüsü Moris Robinzonun işi ilə bağlı məhkəmə prosesinin növbəti iclası keçirilib.
25 yaşlı sürücü məhkəmə iclasına Belmarş həbsxanasından videobağlantı vasitəsilə cəlb edilib. Sürücü qanunsuz immiqrasiyaya kömək göstərdiyini etiraf edib. O, ötən il mayın 1-dən cari il oktyabrın 24-dək olan müddətdə qeyri-qanuni immiqrasiyaya kömək etdiyini və sui-qəsd hazırlamaqda günahkar olduğunu bildirib. Bununla yanaşı, M.Robinzon insan alverində də günahlandırılır.
Növbəti məhkəmə iclası dekabrın 13-də keçiriləcək.
Oktyabrın 23-də Böyük Britaniya polisi yük avtomobilində 39 nəfərin cəsədini aşkarlayıb. Belə ki, avtomobildəki 31 kişi və 8 qadın donaraq ölüb. Cəsədlərin aşkarlandığı soyuducuda temperatur -25 dərəcə olub. Araşdırmalar nəticəsində ölənlərin Vyetnam vətəndaşları olduqları müəyyənləşməyib.
Reytinq: