» » "Qarabağ" bu gün Avropa Liqasının rekordçusu ilə qarşılaşacaq


"Qarabağ" bu gün Avropa Liqasının rekordçusu ilə qarşılaşacaq

28-11-2019, 08:57
Çap et
"Qarabağ" bu gün Avropa Liqasının rekordçusu ilə qarşılaşacaq Bu gün "Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin V turu çərçivəsində İspaniyanın "Sevilya" komandasının qonağı olacaq. "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 24:00-da start götürəcək.
A qrupunda yer alan "Qarabağ" və Kiprin APOEL komandasının 4 xalı var. Lakin nikosiyalılar şəxsi oyunlardakı üstünlüyə görə (2:1, 2:2) 2-ci pillədə qərarlaşıblar Növbəti mərhələni təmin edən Avropa Liqasının rekord sayda - 5 dəfə qalibi olan "Sevilya"nın 12, Lüksemburq "Düdelanj"ının isə 3 xalı var.
Bu isə o deməkdir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Sevilyada uduzsa və APOEL səfərdə "Düdelanj"ı məğlub etsə, Azərbaycan çempionu Avropa Liqasında növbəti raundda yüksəlmək şansını itirir.
24:00. "Sevilya" (İspaniya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Məhəmməd Əl-Hakim
Yan xətt hakimləri: Fredrik Kliver və Mahbod Beigi
Dördüncü hakim: Martin Strömberqsson (hamısı İsveç)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu
Reytinq: