» » Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: kənddəki arvadını Bakıya otelə gətirdi, sonra başqaları ilə...


Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: kənddəki arvadını Bakıya otelə gətirdi, sonra başqaları ilə...

4-12-2019, 10:09
Çap et
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: kənddəki arvadını Bakıya otelə gətirdi, sonra başqaları ilə... Şamaxı rayonunda qətlə cəhd etməkdə təqsirli bilinən 1972-ci il təvəllüdlü Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Şirzad Əsədov 2 yanvar 2018-ci il tarixdə, gecə saat 01 radələrində sərxoş vəziyyətdə Şamaxı rayonunun Meysəri kəndi ərazisində yerləşən evinə gəlib.
Gecə yarısı evə sərxoş gələn kişi
Sərxoş evə gələn Şirzad Əsədov yataq otağına keçib. Bu zaman onunla qeyri-rəsmi ər-arvad münasibətində olan Zöhrə Əlqəməyeva ona evə sərxoş vəziyyətdə gəlməsinə iradını bildirib.
Buna görə də onların arasında mübahisə düşüb. Mübahisə sonda davaya çevrilib. Dava zamanı səs-küyə Zöhrə Əlqəmiyevanın digər otaqda yatan azyaşlı övladları - 2008-ci il təvəllüdlü İsmayıl Hüseynov və 2009-cu il təvəllüdlü İbrahim Hüseynov gəlib.
Dava düşdü, sevgilisini kürəyindən vurdu
Hər iki azyaşlının gözləri qarşısında Şirzad Əsədov Zöhrə Əlqəmiyevanı amansızcasına döyüb. Sonra o, özündə olan bıçaqla Zöhrənin kürək nahiyəsinə xəsarət yetirib.
Bu hadisədən sonra onların arasında mübahisə olmayıb. Sonuncu dəfə mübahisə həmin ilin iyunun 20-də Şirzad və Zöhrənin arasında yaranıb.
Əxlaqsızlıqda ittiham etdi
Həmin gün saat 20 radələrində Şirzad Əsədov Meysəri kəndi ərazisində, kəndarası yolda Zöhrə Əlqəməyevanın ona xəyanət etməsini deyib. O, Zöhrənin əxlaqsızlıq edib, başqa kişilərlə danışması və görüşməsini, onun qohum və tanışları arasında nüfuzuna xələl gətirməsi qənaətinə gəlib.
Şirzad Əsədov qisas almaq niyyəti ilə Zöhrə Əlqəməyevanı öldürmək qərarına gəlib. Bu niyyətlə o, həmin ərazidə Zöhrə Əlqəmiyevaya 13 bıçaq xəsarəti yetirib.
Zöhrə Əlqəmiyevaya vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Şirzad Əsədov həmin gün polis əməkdaşları tərəfindən yaxalanıb.
İstintaq orqanı tərəfindən Şirzad Əsədovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına xəsarət yetirmə) maddələri ilə ittiham elan edilib.
"Oteldə bir həftə qaldıq”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şirzad Əsədov bildirib ki, 2017-ci ilin təxminən sentyabr-oktyabr ayında Zöhrə Əlqəməyeva ilə tanış olub: "Dekabrın 10-da Zöhrə uşaqlarını anası Pərvanənin yanında Meysəri kəndində qoyaraq mənimlə birlikdə Bakı şəhərinə getdi. Biz Bakıda adını xatırlamadığım oteldə bir həftə qaldıq, sonra Zöhrə ilə birlikdə Şamaxı rayonu, Meysəri kəndinə gəldik. Öz evimdə yaşamağa başladıq. Bir müddət bir yerdə yaşadıqdan sonra tez-tez spirtli içki qəbul etdiyimdən Zöhrə mənimlə yaşamaqdan imtina edərək öz ata evində yaşamağa davam etdi”.
"Zöhrənin yanında uzandım”
Təqsirləndirilən şəxs qeyd edib ki, ancaq gecələri Zöhrə onun evinə gəlib, onunla qalıb: "30 dekabr 2017-ci il tarixdə Zöhrənin anası, atası və böyük oğlu İsmayıl Bakı şəhərinə gedib. Zöhrə digər oğlu İbrahim ilə ata evində tək qaldığından məndə onun yanına gedərək yeni il bayramını orada qeyd eləmək qərarına gəldim. Dekabrın 31-də Zöhrənin atası Güloğlan Zöhrənin böyük oğlu İsmayılı geri qaytardı, kişi yenidən Bakı şəhərinə qayıtdı. Zöhrə, oğlanları İbrahim və İsmayılla birlikdə yeni ili qeyd etdik. Yanvarın 1-də, təxminən saat 11 radələrində siqaret almaq üçün evdən çıxdım, axşam saatlarında yenidən evə qayıtdım. Evə qayıdan zaman sərxoş vəziyyətdə oldum. Evə daxil olduqda Zöhrə öz otağının qapısını bağlayaraq uzandığından otağın qapısını döydüm. Zöhrəyə qapını açmasını dedim. Lakin Zöhrə qapını açmayacağını bildirdi. Mən də qapını təpiklə vuraraq açdım. İçəri keçdikdən sonra Zöhrənin yanında uzandım”.
"Məni tutdurmaq istədilər”
Şirzad Əsədovun sözlərinə görə, yerində sakit uzandığı vaxt Zöhrə danışaraq onunla mübahisə etməyə başlayıb: "Zöhrədən sakit durmağını xahiş etsəm də, Zöhrə dayanmadan danışdığından dözmədim. Zöhrənin müxtəlif nahiyələrinə vuraraq döyməyə başladım, sonra yerimdən duraraq dolabın üzərindəki bıçağı götürdüm. Otaqda yerə atılmış döşəyin üzərində Zöhrənin ağız nahiyəsinə və sol çiyninə 2 dəfə bıçaq zərbəsi endirdim. Zöhrə ilə dalaşan zaman, Zöhrənin oğlanları İsmayıl və İbrahim qonşu otaqda yatıblar. Zöhrəni döyərək, bıçaqla vurduqdan sonra uşaqları bizim olduğumuz otağa gəldi. Uşaqlar gəldikdən sonra otaqda 1-2 dəqiqə dayandım. Sonra oranı tərk edərək öz evimə, təxminən səhər saatlarında isə Bakı şəhərinə getdim. Zöhrəyə xəsarət yetirməyim ilə bağlı rayon polis şöbəsində araşdırma aparıldı, araşdırma zamanı Zöhrənin müalicə xərclərini ödədiim. Zöhrə mənimlə barışdı, barışan zaman Zöhrəyə onun ətrafında bir daha görsənməyəcəyimə söz versəm də, bir müddət sonra Zöhrə və qohumları özləri mənə sataşdılar. Onlara sərt cavab verməyimi və ardınca polisin əli ilə məni tutdurmaq istədilər”.
"Zöhrəyə "səni öldürməməyimi xahiş edəcəksən”, - deyə bildirdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, Zöhrənin kənddə başqa kişilərlə görüşdüyünü öyrənib, ona xəbərdarlıq edərək bu əməllərindən əl çəkməyini tələb edib: "Zöhrəyə "vaxt gələcək ayağımdan yapışıb yalvararaq səni öldürməməyimi xahiş edəcəksən”, - deyə bildirdim. İyunun 20-də, təxminən saat 8-9 radələrində Zöhrənin atasının evinin yanında yerləşən Meysəri kənd orta məktəbinin qarşısında bir neçə kənd sakini ilə dayanmışdı. Bu zaman Zöhrənin evindən çıxdığını gördüm. Zöhrənin gecə vaxtı hansı kişi ilə görüşəcəyini təxmin etdim. Onun hara getməyini öyrənmək üçün kəndin bulağının yanında ona yaxınlaşdım. Ona hara getdiyini soruşdum. Zöhrə isə mənə cavabında "sənə nə var, ay peysər?”, - deyərək məni təhqir etdi. Mən də cavab olaraq Zöhrəni təhqir etdikdə aramızda mübahisə yarandı”.
"Zöhrədən "mən fahişəyəm, məni öldürmə” deməsini tələb etdim”
Şirzad Əsədovun ifadəsinə görə, mübahisə zamanı Zöhrə özünü yerə ataraq qışqırmağa başlayıb: "Zöhrənin qışqırmaqda məqsədinin məni tutdurmaq olduğunu bildim. Buna görə də əsəbiləşərək üzərimdə gəzdirdiyim bıçaqla onun müxtəlif nahiyələrinə zərbə vurdum. Zöhrədən "mən fahişəyəm, məni öldürmə” deməsini tələb edim. Zöhrə qışqıraraq fahişə olduğunu və onu öldürməməyimi bildirdi. Bundan sonra hadisə yerindən uzaqlaşaraq kənddən çıxdım və Bakı şəhərinə getdim. Zöhrə Əlqəməyevaya xəsarət yetirən zaman küçədə heç kəs olmayıb, yalnız ikimiz olmuşuq. Zöhrəni bıçaqlayan zaman onu öldürmək fikrim olmayıb. Yalnız başqa kişilərlə görüşməsin deyə onu gözündən vurmağa çalışmışam”.
"Qoşulub qaçmağı təklif etdi”
Zərərçəkmiş şəxs qismində ifadə verən Zöhrə Əlqəməyeva bildirib ki, 2007-ci ildə dayısı oğlu Namiq Hüseynov ilə ailə həyatı qursa da, 2014-cü ildə onunla boşanıb: ”Namiqlə birgə nikah dövrü 2 oğlum olub. Namiqdən boşandıqdan sonra 2017-ci ilin təxminən sentyabr-oktyabr ayında Şirzad Əsədov ilə tanış oldum, onunla münasibət qurduqdan sonra təxminən dekabr ayında Şirzad valideynlərimə zəng vuraraq elçi gəlmək istədiyini bildirdi. Şirzadın məhkumluğu olduğundan, anası Pərvanə Şirzada elçi gəlməməyini və onu ərə verməyəcəyini dedi. Şirzad ona qoşularaq qaçmağını təklif etdi. Mən də dekabrın 10-da uşaqlarımı anamın yanında qoyaraq Şirzadla birlikdə, bir həftə Bakıda Şirzadın bacısı Sərəndazın evində, bir həftə isə Meysəri kəndində Şirzadın ata evində yaşadım”.
Zöhrə Əlqəməyeva daha sonra ifadəsində Şirzad Əsədovla mübahisəsindən, baş verən cinayətdən ətraflı danışıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şirzad Əsədov 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şirzad Əsədov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Şirzad Əsədovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Şirzad Əsədovun şikayəti təmin olunmayıb.
Reytinq: