» » Karantindəki azərbaycanlı tələbələr bu addımı ilə HƏR KƏSİ DUYĞULANDIRDI - VİDEO


Karantindəki azərbaycanlı tələbələr bu addımı ilə HƏR KƏSİ DUYĞULANDIRDI - VİDEO

20-03-2020, 22:03
Çap et
Karantindəki azərbaycanlı tələbələr bu addımı ilə HƏR KƏSİ DUYĞULANDIRDI - VİDEO Koronavirus pandemiyasına görə Italiya, Türkiyə və digər ölkələrdən təxliyyə olunan vətəndaşlar, əsasən də tələbələr karantində onlara xidmət edən dövlət qurumlarının əməkdaşlarına fərqli formada təşəkkürlərini bildiriblər. Onlar müxtəlif kağızlara təşəkkür qeydi yazaraq "görünməyənqəhrəmanlar" həştəqi ilə heyətə öz minnətdarlıqlarını bildiriblər. Xidmət heyəti xüsusi tibbi geyimdə olduqları üçün onların üzünü görmək, tanımaq mümkün deyil. Buna görə də karantində qalan vətəndaşlar həmin şəxsləri görünməyən qəhrəman adlandırıblar.Qısa zamanda sosial şəbəkədə trendyaradan tələbələr "XəzərXəbər"ə danışıb.
Bu bayram günlərində bizi tək qoymadığınız və qayğımıza qaldığınız üçün çox sağolun.Çəkdiyiniz əziyyət bizim üçün çox dəyərlidir.Biz sizi görməsək də sevirik.
Xarici ölkələrdən Azərbaycana gətirilən və hazırda karantin şəraitində olan tələbələrimiz onların qayğısına qalan personalınbayramını belə təbrik etdilər.Gecə ilə qaldıqları otaqların qapılarına kağızlar yapışdıran tələbələr görünməz qəhrəmanlara bu mesajı verdi..Üzünüzü görməsək də,gülən gözlərinizi görmək möhtəşəmdir.
Karantin şəraitində olan Aydan Əliyarbəyova deyir ki, gecə gündüz onlarınhər ehtiyacını qarşılayan bu insanlar bütün tələbələrin görünməz qəhrəmanlarıdı.İtaliyada təhsil alan Aydanın sözlərinə görə,tələbələronların qayğısına qalan bu insanların üzünü heç vaxt görməsələr də gülən gözləri onlar üçün daima ümid yeri olub.
Aydan deyir ki,onu kimi digər tələbələr də gecə gündüz demədən çalışan bu insanları tanımaq istəyirlər.Amma personal xüsusi geyimdə olduğundan onların yalnız gözlərini görə bilirlər.Hətta tələbələrin görünməzqəhrəmanlarına şeir həsr edənlərdə var.
Görünməz qəhrəmanlar isə çox keçmir ki,tələbələri cavabsız qoymur.Din,FHN və Təbiibin əməkdşaları elə gecəylə öz arzularını kağıza yazaraq tələbələrin qapılarına asır.
Qeyd edək ki,İtaliyadan gələn tələbələr təhlükəsizlik məqsədi ilə karantin şəraitində saxlanılırlar.

Reytinq: