» » Göygöldə qapının açıq qalması qonşular arasında davaya səbəb oldu: Yaralılar var


Göygöldə qapının açıq qalması qonşular arasında davaya səbəb oldu: Yaralılar var

24-03-2020, 19:32
Çap et
Göygöldə qapının açıq qalması qonşular arasında davaya səbəb oldu: Yaralılar var Göygöldə döyülmə faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə rayonun Murovdağ qəsəbəsində baş verib.
Qəsəbədə məskunlaşan Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü Əliyev Elgün Gəncəli oğlu həmyerlisi, 1991-ci il təvəllüdlü Qasımov Alim Nadir oğlu ilə dava edib. Dava zamanı hər iki tərəf xəsarət alıb.
Nəticədə, Elgün Əliyev və onun həyat yoldaşı - 1991-ci il təvəllüdlü Əliyeva Aynur Hayistan qızı və qarşı tərəfdən olan Qasımov Alim Nadir oğlu, onun qardaşı 1994-cü il təvəllüdlü Qasımov Röyal Nadir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisə iki qonşuarasında baş verib. Dava-dalaşa səbəb isə sözügedən şəxslərin birinin övladının digərin həyətinin qapısını açıq qoyması olub.
Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: