» » Falkao "Qalatasaray"la bağlı qərarını açıqladı: qalır, yoxsa gedir?


Falkao "Qalatasaray"la bağlı qərarını açıqladı: qalır, yoxsa gedir?

7-05-2020, 11:45
Çap et
Falkao "Qalatasaray"la bağlı qərarını açıqladı: qalır, yoxsa gedir? Radamel Falkao "Qalatasaray"dan ayrılacağı ilə bağlı şaiyələrə son qoyub.
Kolumbiyalı ulduz bu barədə məşhur "ESPN" nəşrinə açıqlamasında danışıb.
34 yaşlı futbolçu "Qalatasaray"da qalacağını bildirib: "Türkiyədə çox xoşbəxtəm. Klubumu tərk etmək niyyətində deyiləm".
Falkao Türkiyədə əsas çətinliyinin türk dilini öyrənməyi olduğunu və komanda yoldaşı olan həmyerlisi Fernando Musleranın ona kömək etdiyini bildirib: "Türk dil çox çətin və qarışıqdı. Muslera türk dilini bildiyinə görə mənə kömək edir. Burada atmosfer əladı. Küçəyə çıxdıqda azarkeşlərin isti münasibətini görürsən".
Reytinq: