» » Danimarkada futbol çempionatı bərpa ediləcək


Danimarkada futbol çempionatı bərpa ediləcək

14-05-2020, 10:10
Çap et
Danimarkada futbol çempionatı bərpa ediləcək Koronavirus pandemiyası səbəbindən iki aydan çox davam edən fasilədən sonra mayın 28-də Danimarkada futbol çempionatının oyunları bərpa ediləcək.
Bu həftə Danimarka iki aylıq davam edən karantindən sonra cəmiyyətin normal həyata qayıtmasının növbəti mərhələsinə qədəm qoyub. Yeni mərhələdə koronavirusla mübarizə məqsədilə qəbul olunan məhdudiyyətlərin zəifləməsi ilə yanaşı, Danimarka futbol klublarına oyunları bərpa etməyə imkan verib. Bununla birlikdə, Danimarka futbol çempionatının yeni mövsümü, hökumət qaydalarının tələb etdiyi kimi stadionlarda azarkeşlərin iştirakı olmadan davam etdirilməlidir.
Reytinq: