» » “Sevilya” türkiyəli ulduza 12 milyon avro ödəməyi planlaşdırır


“Sevilya” türkiyəli ulduza 12 milyon avro ödəməyi planlaşdırır

27-05-2020, 10:49
Çap et
“Sevilya” türkiyəli ulduza 12 milyon avro ödəməyi planlaşdırır İspaniyanın "Sevilya” klubu Türkiyənin "Başakşehir” komandasının futbolçusu İrfan Can Kahveci üçün 12 milyon avro ödəməyi planlaşdırır.
Bu barədə "Goal” nəşri məlumat yayıb.
"Sevilya” türkiyəli ulduzu mövsümün sonunda müqaviləsi başa çatacaq Ever Baneqanın yerinə almağı düşünür.
Xatırladaq ki, İrfan Can Kahveci bu mövsüm 22 oyunda meydana çıxıb. Həmin qarşılaşmalarda dörd qol vurub, iki məhsuldar ötürmə edib.
Reytinq: