7 ballıq zəlzələ Bakının hündürmərtəbəli binalarında da hiss olunub4-09-2015, 11:40
Çap et Zəlzələ olan bölgədən aktiv qırılma keçir. Şəkidə baş verən güclü zəlzələ Azərbaycanın çox böyük ərazisini əhatə edib. Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya şöbəsinin müdiri Tahir Məmmədlinin Lent.az-a verdiyi məlumata görə, 12 ballıq şkala üzrə episentrdə 7 bal gücündə olan zəlzələ Bakıya qədər bütün rayonlarda hiss olunub: "Bakının hündürmərtəbəli binalarında yaşayan əhali də zəlzələni hiss edib. Şamaxıda zəlzələ 4 bal gücündə hiss olunub”. T. Məmmədli deyib ki, zəlzələ olan bölgədən aktiv qırılma keçir: “Zaqatala-Balakəndən Şamaxıya qədər uzanan dərinlik qırılmasının aktiv hissəsi Şəkidən keçir. Ona görə də həmin bölgədə zəlzələ olması ehtimalı həmişə yüksək olub. Amma bilavasitə Şəkinin özündə belə yüksək maqnitudalı zəlzələ olmamışdı”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Zəlzələ olan bölgədən aktiv qırılma keçir.