Rayonlara getməyə cəhd edən 5000-ə qədər maşın geri qaytarıldı - DYP20-06-2020, 08:06
Çap et Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. K.Əliyev deyib ki, dünən axşam 5 minə qədər avtomobil geri qaytarılıb: “Həmin avtomobillərdən 4000-i Bakı, 1000-i isə rayon istiqamətində geri qaytarılıb. Həmin insanlar buna cəhd etməsinlər. İnsanlar DİN-in “qaynar xətti”nə zəng vuraraq buraxılıb-buraxılmayacaqlarını öyrənməlidirlər. Hətta vətəndaşların icazəsi varsa belə onlar mübahisə yaratmasınlar. Vətəndaşlar “102” və digər nömrələrə zəng edə bilərlər. Müraciət araşdırılacaq və icazə varsa, hərəkətə imkan yaradılacaq”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:38
Müstəqilliyimiz əbədidir21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
