Bəzi kəndlərdəki köhnə tikililərdə çatlar əmələ gəlib4-09-2015, 11:43
Çap et Azərbaycanda bu gün səhər saatlarında baş verən zəlzələ nəticəsində Oğuz və Şəki rayonlarında bir sıra yaşayış məntəqələrindəki evlərdə çatlar əmələ gəlib.Oğuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Etibar Yusifov APA-nın Şəki-Zaqatala bürosuna bildirib ki, ilkin məlumata görə, rayonun Padar, Muxas, Qarabulaq, Kərimli kəndlərində bir sıra köhnə tikililərdə iri və xarda çatlar yaranıb. Bir neçə evin divarında isə azmiqyaslı uçma halları baş verib. Şəki rayonunun icra qurumlarından da bildirilib ki, zəlzələnin episentrinə yaxın ərazilərdə - Turan qəsəbəsi, Sarıca kəndi və s. köhnə tikililərdə çatlar yaranıb. Hər iki rayonun FHK əməkdaşları həmin ərazilərə ezam olunub, evlərə baxış keçirilir. Xəsarət alan yoxdur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycanda bu gün səhər saatlarında baş verən zəlzələ nəticəsində Oğuz və Şəki rayonlarında bir sıra yaşayış məntəqələrindəki evlərdə çatlar əmələ gəlib.