Heqiqet.Az » dunya » 4 təyyarəni 34 manata satdı: tutuldu


4 təyyarəni 34 manata satdı: tutuldu

3-07-2020, 08:08
Çap et
4 təyyarəni 34 manata satdı: tutuldu Əslən Rusiyanın Nijni Novqorod şəhərindən olan keçmiş məmur Andrey Silyakov 9 illik axtarışdan sonra saxlanılıb.
Silyakov 2011-ci ildə 4 ədəd MiQ-31 qırıcı təyyarələrini 600 rubla (o vaxtkı kursla 34 manata) satmaqda günahkar bilinir.
Privoljsk federal dairə prokurorluğunun məlumatına görə, Silyakov hələ “Rosrezerv”in yerli şöbəsinə rəhbərlik edərkən, həmin təyyarələri dəmir qırıntıları kimi sənədləşdirərək 600 rubla öz dostuna, dostu isə həmin Nijni Novqoroddakı “Sokol” zavoduna satıb. Nəticədə Silyakov və dostu fırıldaq yoluyla təxminən 1 milyard rubla yaxın pul qazanıblar. 9 illik axtarışdan sonra Silyakov adıgedən şəhərin Balaxninsk rayonunda həbs edilib.
Reytinq: