Heqiqet.Az » siyaset » QDİƏT PM-in HÜQUQİ VƏ SİYASİ MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA


QDİƏT PM-in HÜQUQİ VƏ SİYASİ MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

9-10-2020, 07:02
Çap et
QDİƏT PM-in HÜQUQİ VƏ SİYASİ MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA Oktyabrın 8-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Hüquqi və siyasi məsələlər komitəsinin 56-cı iclası onlayn formatda keçirilib. Toplantıda QDİƏT PM-yə üzv ölkələr – Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan,Yunanıstan, Rumıniya və Ermənistannümayəndə heyətlərinin üzvləri iştirak ediblər. Ölkəmizi Milli Məclisin deputatları – QDİƏT PM sədrinin müavini, qurumda nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev və üzvü Jalə Əhmədova təmsil ediblər.
İclasda komitənin sədri Mixail Yemelyanov (Rusiya Federasiyası) giriş nitqi ilə çıxış edib.
Əvvəlcə, iclas iştirakçıları gündəliyi və komitənin cari ilin iyulun 9-da onlayn formatda keçirilmiş 55-ci toplantısının protokolunu təsdiqləyiblər.
Sonra tədbirdə “Pandemiya ilə mübarizədə parlamentlərin rolu – hüquqi və siyasi aspektlər” mövzusunda müzakirələr aparılıb. Məruzəni Bolqarıstan nümayəndə heyətinin üzvü PavelXristov təqdim edib. Qeyd olunub ki, məruzə nümayəndə heyətlərinin təqdim etdikləri hesabatlar əsasında hazırlanıb. Bildirilib ki, virusun yayılmağa başladığı andan etibarən bütün ölkələr Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edib.
VideokonfransdaTürkiyə nümayəndə heyətinin üzvü Əhməd Dəmircan,Rusiya nümayəndəsiAlekseyKondratenkovə Yunanıstan nümayəndəsinin üzvüSimeonKedikoğlu çıxış ediblər. Toplantı iştirakçıları COVİD-19 pandemiyasının siyasi və demokratik proseslərə təsiri, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparıblar. Çıxış edənlər koronovirusla mübarizədə həyata keçirilən karantin tədbirləri ilə bağlı təmsil etdikləri ölkələrin təcrübəsi ilə bölüşüblər. Pandemiyanın nəticələri, yaranmış böhran vəziyyətindən çıxış yolları, bu sahədə qarşılıqlı əməkdaşlığının əhəmiyyətindən danışıblar.
Müzakirələrin sonunda mövzu ilə bağlı məruzə və tövsiyə layihələri təsdiqlənib.
Yığıncaqda, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətindən bəhs edilib, təşkilatı məsələyə baxılıb. Komitənin sədr müavini Albaniya nümayəndəsinin üzvü Xalid Valteri seçilib.
İclasda QDİƏT-in nümayəndəsi SergeyQonçarenko Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyəti haqqında danışıb, 2021-ci ilə dair iş planı barədə məlumat verib. Komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.
Sonra QDİƏT PM-nin baş katibi Asəf Hacıyev Yunanıstan Enerji Siyasəti və İnkişaf Mərkəzinin (KEPA) 2020-ci ildə ağacların əkilməsi ilə bağlı təşəbbüsü barədə komitə üzvlərini məlumatlandırıb.
Reytinq: