Türkiyə hərbçiləri Qarabağa hansı silahlarla gəlir? - Açıqlama19-11-2020, 06:32
Çap et Qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Azərbaycandakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. Bəs, Azərbaycana Türkiyədən nə qədər hərbçi gələcək? Hərbi ekspert Əbuzər Əbilov hələlik hərbiçilərin sayı ilə bağlı məlumat olmadığını bildirib: "Azərbaycana gələn Türkiyə hərbçilərinin sayı barədə hələlik hansısa məlumat yoxdur. Çünki hərbiçilərin sayı Azərbaycan və Türkiyə arasında olan razılaşmanın müddəalarına əsasən müəyyənləşəcək. Bütün bunlar iki ölkə arasında müzakirə ediləcək və bunun nəticəsində müəyyən nəticəyə gəlinəcək. Hesab edirəm ki, yaxın zamanlarda bununla bağlı məlumat veriləcək”. Hərbi ekspert Türk hərbiçilərinin hansı silahlarla Dağlıq Qarabağa gələcəyi ilə bağlı da danışıb: "Türkiyədən gələn hərbiçilər bura döyüş üçün gəlmədiyinə görə, onlar daha yüngül silah-sursatla gələcək. Bu barədə də müəyyən razılaşma əldə ediləcək. Çünki bütün bunlar əvvəlcədən razılaşdırılmaldır. Amma əsas məsələ qardaş ölkənin hərbiçilərinin Azərbaycana gəlməsi idi ki, bu da oldu. Qalan bütün məsələlər müzakirə əsasında bəlli olacaq. Hazırda bütün bunlarla bağlı müəyyən proseslər gedir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
