» » Azərbaycanın Avropa qitəsində rolu və yeri artır - Deputat


Azərbaycanın Avropa qitəsində rolu və yeri artır - Deputat

8-01-2021, 10:13
Çap et
Azərbaycanın Avropa qitəsində rolu və yeri artır - Deputat 2020-ci il dünya iqtisadiyyatında böyük azalmalar yaşatsa da ölkəmiz üçün həm iqtisadi, həm siyasi və həm də hərbi uğurlar baxımından uğurlu olub.
Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, 2020-ci ildə Azərbaycanın iqtisadiyyatında 4% azalma qeydə alınsa da ölkəmizin iştirakı ilə icra olunan beynəlxalq layihələr, ölkədə islahatların uğurla davam etdirilməsi və pandemiyanın təsirlərini minimumlaşdırılması baxımından atılan addımlar uğurlu olub.
Onun sözlərinə görə, bu gün dünyada beynəlxalq əhəmiyyətli böyük maliyyə tutumlu layihələr demək olar ki, icra olunmur:
“Amma 31 dekabrda istismara verimiş TAP layihəsi dünya miqyasında bu gün icra olunan ən böyük maliyyə tutumlu layihələrdəndir. Artıq Xəzər dənizində istehsal olunan təbii qaz 3500 km-dən artıq məsafəni qət edərək Avropa qitəsinə çatmışdır. Bu, tarixi uğurumuzdur. Azərbaycan qaz ixrac xətlərini daha da genişləndirdi. Proqnozlara görə 2026-cı ildə biz Avropaya 25 milyard kub metr qaz sata biləcəyik. Bu, o deməkdir ki, Azərbaycanın Avropa qitəsində rolu və yeri artır. Azərbaycan bir neçə il bundan əvvəl deyirdisə ki, biz Avropanın enerji təhlükəsizliyinin təminatçısı olacayıq, biz artıq bu gün sözümüzü əməldə icra etdik. Sözümüzün real həyatda öz əksini tapması ölkəmisin beynəlxalq siyasi mövqelərini daha da gücləndirir”.
A.Badamov vurğulayıb ki, Azərbaycan Dünya Bankının Doing Busnes Hesabatında 190 ölkə arasında 6 pillə irəliləyərək 28-ci yerdə qərarlaşması da bizim iqtisadi uğurumuzdur:
“Həm də ölkəmizdə aparılmağa başlanmış islahatların 2020-ci ildə də davam etdirilməsi dünyada 190 ölkə arasında ən islahatçı 10 ölkə arasında yer almağımıza imkan vermişdir. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, 2020-ci il iqtisadi inkişaf baxımından çətin il olsa da kifayət qədər uğurlarımız olmuşdur və 2021-ci ilə böyük inkişaf proqramları ilə daxil olmuşuq. Düşünürəm ki, cari ili ölkəmiz iqtisadi artımlarla başa vuracaqdır”.
Reytinq: