Deputat: 2018-ci il də iqtisadi uğurlarla yadda qalacaq11-01-2018, 11:57
Çap et Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib. A.Hüseynov bildirib ki, 2017-ci ildə həyata keçirilən iqtisadi strategiya çox düzgündür və birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən proqramlar özünü tamamilə doğrultdu: “Baxmayaraq ki, dünyada maliyyə böhranı yaşanır, ancaq Azərbaycanda 2017-ci il ümumdaxili məhsulda artımla yekunlaşdı. Bu ona əsas verir ki, 2018-ci ildə də Azərbaycanın uğurları davam edəcək, böyük layihələr həyata keçiriləcək. 2018-ci ildə TANAP layihəsi işə düçəcək və Azərbaycanın təbii qazı Türkiyəyə və sonrakı illərdə isə Avropaya çatdırılacaq. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləyəcək və bilirsiniz ki, bu dəmir yolunun 10 milyon tondan artıq yükdaşıma qabiliyyəti var. Eyni zamanda, bu xətt vasitəsilə 1 milyondan artıq sərnişin daşınması proqnozlaşdırılır”. Deputat əlavə edib ki, ümumilikdə necə ki, 2017-ci il iqtisadi islahatlar ili kimi səciyyələndirilir, 2018-ci il də ölkə iqtisadiyyatında böyük uğurların əldə olunması ilə yadda qalacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
