Qarabağda atəşkəs pozuntuları qeydə alınmayıb - Rusiya MN də erməni KİV-in iddialarını təkzib etdi14-01-2021, 10:19
Çap et
![]() Bunu Rusiya Sülhməramlı Tərəflərin Barışıq Mərkəzi rəhbərinin müavini Dmitri Perepelkin bildirib. Onun sözlərinə görə, təmas xəttində və Laçın dəhlizində yerləşdirilmiş 27 müşahidə postunda bölgədəki vəziyyətə gecə-gündüz monitorinq aparılır: "Atəşkəs pozuntuları qeydə alınmayıb". Qeyd edək ki, bu gün erməni KİV-ində Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı yayılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Trend-ə açıqlamasında Azərbaydan Ordusu 2020-ci il noyabrın 10-da əldə olunan üçtərəfli razılaşmaya sadiq olduğunu və Azərbaycan Ordusunun atəşkəsi heç bir halda pozmadığını bildirib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
Təqvim
|