Azərbaycan bankları üçün BAFT tərəfindən beynəlxalq seminar keçirilib15-04-2021, 06:28
Çap et Tədbirin əsas proqramı beynəlxalq təcrübəyə əsaslanaraq müxbir bankçılıq münasibətlərinin qurulması və onların dəstəklənməsinə həsr olunub. Bu mövzu regionda ilk dəfə təqdim olunaraq Amerikanın və Avropanın qlobal banklarının mütəxəssislərinin iştirakı ilə keçirilib. Seminarda Azərbaycanda fəaliyyət göstərən 20 yerli kommersiya bankı və xarici bankların nümayəndələrindən ümumilikdə 50 mütəxəssis iştirak edib. Seminarın açılışına qatılan BAFT-ın prezidenti Tod Burwell və Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev tədbirin beynəlxalq əhəmiyyətini qeyd edib və bu istiqamətdə beynəlxalq əməkdaşlıqları dəstəklədiklərini vurğulayıblar. "Kapital Bank"ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov seminarın yerli bankların beynəlxalq səviyyədə müxbir bankçılığın hansı təcrübə ilə həyata keçirilməsini daha geniş öyrənməsinə, həmçinin ölkə bankları üçün bu istiqamətin gücləndirilməsi və potensialın artırılmasına dəstək verəcəyini bildirib. Proqramı zamanı bu sahədəki yeni qlobal trendlərə, daxili və xarici maraqlı tərəflərlə işin təşkili, partnyorların seçilməsinin strategiya ilə uzlaşdırılması, gözləntilərin idarə edilməsi, bu prosesdəki potensial risklərin müəyyən edilməsi, banklar arasında əməkdaşlığın inkişafı və idarə edilməsi kimi mövzulara toxunulub. Proqramda həmçinin bu istiqamətdə İT, kiber-təhlükəsizlik və rəqəmsal məqamların da nəzərə alınması kimi mövzular əhatə olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
