Azad edilmiş ərazilərdə bələdiyyələr necə formalaşdırılacaq?20-05-2021, 06:03
Çap et Məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, işğaldan azad edilmiş ərazilər minalardan təmizləndikdən sonra hər bir kəndin, yaşayış məntəqəsinin əraziləri müəyyən olunacaq: “Ərazilər müəyyən edilib vətəndaşlar ora köçürüldükdən sonra onların təşəbbüsü ilə bələdiyyələr yaradılmalıdır. Qanunvericilik imkan verir ki, hər bir yaşayış məntəqəsində bələdiyyələr yaradılsın. Mən də işğaldan azad edilmiş ərazilərdə bələdiyyələrin yaradılmasının tərəfdarıyam. Çünki işğaldan azad olunmuş ərazilərimizdə bələdiyyələrin formalaşması, sürətli məskunlaşmanın və torpaq islahatı prosesinin həyata keçirilməsi, yeni ərazi vahidlərinin yaradılması, bu ərazilərdə yerli idarəetmənin səmərəli fəaliyyəti vacib əhəmiyyət kəsb edir”. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov da Trend-ə bildirib ki, bu məsələ müvafiq qanunvericiliklə tənzimlənəcək. K.Bayramov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə optimal idarəetmənin təşkili, həmin ərazilərə köçəcək vətəndaşların yerli ictimai həyatda iştirak imkanlarının təşviq edilməsi baxımından təbii ki, bələdiyyələrin yaradılması zəruri addımdır və dövlət quruculuğunun tərkib hissəsidir: “Bu məsələ qanunla tənzimlənir və bunun mexanizmi də “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunla müəyyən edilir. Qanuna əsasən, bələdiyyələrin yaradılması üçün ilk növbədə işğalan azad olunmuş ərazilərdə inzibati ərazi dairələrinin, yaşayış məntəqələrinin müəyyən olunması və qeydiyyatı və s. işlər görülməlidir. Təbii ki, bələdiyyələrin yaradılması üçün müvafiq qanun layihəsi ilə Milli Məclisə müraciət olunmalıdır və ondan sonra Milli Məclis bu və ya digər bələdiyyələrin yaradılması ilə bağlı qanun qəbul edir və artıq qanunla yaradılmış yeni bələdiyyələrin adları bələdiyyələrin siyahısına və müəyyən işlər görüldükdən sonra da Milli Məclisdə aparılan bələdiyyələrin reyestrinə daxil edilir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
