Heqiqet.Az » siyaset » PAİ Assambleyasının İdarəedici Şurasının iclasında


PAİ Assambleyasının İdarəedici Şurasının iclasında

26-05-2021, 12:21
Çap et
PAİ Assambleyasının İdarəedici Şurasının iclasında Mayın 24-də və 25-də Parlamentlərarası İttifaqın 142-ci virtual Assambleyasınınİdarəedici Şurasının iclası keçirilib. Onlayn iclasa Milli Məclisin deputatları, PAİ İdarəedici Şurasının üzvləri -Kamran Bayramov, Nigar Arpadarai və Tural Gəncəliyev qatılıblar.
İclasda Assambleyanın və Daimi Komitənin virtual sessiyalarprosedurunun xüsusi qaydalarının təsdiq edilməsi, İdarəedici Şuranın 206-cı sessiyasının işi haqqında qısahesabatların təsdiqlənməsi, PAİ-nin 2020-ci ilə dair fəaliyyətinin nəticələrihaqqında illik məruzə, 2020-ci ilə dair maliyyə nəticələri, PAİ-nin 2022-2026-ci illər üçün nəzərdə tutulan strategiyasıvə bir sıra təşkilati məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Reytinq: