Azərbaycanımızın qəhrəman şəhidi adına layiq görülmüş qəhrəmanlarımızdan biri Mübariz Şahmurova həsr olunmuş "21-lər" adlı tədbir keçirildi15-06-2021, 13:44
Çap et Daha sonra tədbir iştirakçıları filmi izlədilər. Filmdə Azərbaycan Hərbi Tarixi Muzeyin rəhbəri polkovnik Əzizağa Qənizadə,filmin rejissoru,eyni zamanda polkovnik Zahid Qarayev, qəhrəman şəhidimizin ailəsi, dostları, Xocalı soyqırımı İ.B.sədri Şamil Sabiroğlu, Xocalıda əsir düşmüş Valeh Hüseynov və başqaları danışdılar.Filmi izlədikdən sonra tədbir iştirakçıları filmi bəyəndiklərini söyləyərək film haqqında öz fikirlərini bildirdilər. Tədbirin sonunda Zahid müəllim başda Adil müəllim olmaqla ona bu möhtəşəm işdə kömək edən, tədbirdə iştirak edən hər kəsə öz dərin təşəkkürünü bildirdi. Tədbirdən sonra isə Şəhid ailələri ayrı ayrılıqda Vitse- spikerimizə və bu işdə əziyyəti keçən hər kəsə təşəkkür etdilər.Onu da qeyd etmək istərdik ki, tədbirin yüksək səviyyədə həyata keçməsi üçün Xəyal Rəşid Bağırov, Mahir Hüseynbəyli, Famil İsmayılov və İftixar Həsənovun da böyük zəhməti olub. Biz də bu işdə əziyyəti keçən hər kəsə öz minnətdarlığımızı bildiririk. Qürur hissi duyuruq ki, Azərbaycanımızın belə fədakar, qəhrəman oğul və qızları var. Sonda onu bildirmək istərdik ki, Hörmətli Millət Vəkilimiz Adil müəllim Şəhid və Qazi ailələrinə qarşı öz diqqət və qayğısını heç vaxt əsirgəməyib, hər zaman onları dəyərləndirib, dəstəkləyib. Hər zaman Şəhid və Qazilərimizi tanıtmaq bizim borcumuzdur. Biz fəxr edirik ki, azərbaycanlıyıq. Cəmilə Vasifqızı AJB -nin üzvü Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
