Xətai Sənət Mərkəzində “Sumqayıtlı bahar qızları Bakıda” adlı sərgi-tədbir keçirildi12-03-2019, 14:10
Çap et Tədbirin bədii hissəsi Sumqayıt 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaq musiqi dərnəklərinin hazırladığı “Bahar qızlarının rəqsi” ilə başladı. Müxtəlif rəqs və şeir nominasiyaları ilə davam edən tədbir uşaqlarda vətənpərvərlik duyğularını oyadan rəqsindən sonra mərkəzin direktoru Əntiqə xanım Rzayeva ilk giriş sözü ilə açaraq davam etdirdi. Əntiqə xanım qonaqları salamlayaraq mərkəzin fəaliyyətindən və gələcək planlarından danışdı. Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq Rəssamı Professor Ağaəli İbrahimov çıxış edərək uşaqlara uğurlar arzulamaqla onların dövlətimiz qarşısındakı vəzifələrindən danışdı. Xalq Rəssamı, professor Arif Hüseynov Sumqayıtlı balaları Bakıda görməkdən məmnunluğunu ifadə edərək uşaqları daha çox öz üzərində işləməyə dəvət etdi. Təhsil Nazirliyinin UGİM-nin müdiri Qeyrət Şirəliyev, Təhsil Nazirliyinin metodisti CəmilənFəyyaz, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar. Mərkəzin kollektivinə və bütün uşaqlara uğurlar dilədilər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
