Ağdamda itkin düşən şəxsin minaya düşüb öldüyü məlum olub17-06-2021, 06:28
Çap et Ağdam rayon sakini Cəsarət Hətəmxanov iyunun 7-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 1978-ci il təvəllüdlü C. Hətəmxanovun itkin düşməsi ilə bağlı rayon Polis Şöbəsinə daxil olmuş müraciətlə əlaqədar Ağdam RPŞ-nin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, bütün rayon ərazisində axtarış tədbirləri aparıb. İyunun 17-də səhər saatlarında C. Hətəmxanovun meyiti Ağdam rayonunun işğaldan azad olunmuş Seyidli kəndi ərazisində tapılıb. C.Hətəmxanovun ərazidə mina partlayışı nəticəsində həlak olduğu deyilir. Meyitin götürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi və ANAMA əməkdaşları cəlb edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
